“Uzak Şehir” bu tarixdə başlayacaq

  Türkiyənin “Kanal D” telekanalının reytinqləri alt-üst edən serialı “Uzak Şehir”in yeni mövsüm çəkilişləri başlayıb.

Referans  xəbər verir ki, ölkəmizdə də maraqla izlənilən ekran işinin ikinci mövsümünün də nə zaman başlayacağı da bəlli olub.

Belə ki, iddialı layihə 15 sentyabrda yeni mövsümü açacaq. Serialın yeni bölümlərinin çəkilişləri İstanbulda başlayıb, daha sonra isə Mardində davam etdiriləcək. Bununla yanaşı, yeni mövsümdə Banu Fotocan və Özge Erdem kimi tanınmışlar da ekran işində rol alacaqlar.

Qeyd edək ki, “Uzak Şehir”in baş rollarında Ozan Akbaba, Sinem Ünsal, Alper Çankaya, Atakan Özkaya, Dilin Döğer, Sahra Şaş və Gonca Cilasun kimi məşhurlar çəkilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki