Təsərrüfat hesablı “Lalə” kafesi barəsində operativ vergi nəzarəti çərçivəsində iki maliyyə sanksiyası tətbiq olunub.
Referans bildirir ki, 32gun.az- ın əldə etdiyi məlumata görə, obyektə POS-terminalların quraşdırılması və nağdsız ödənişlərin qəbulu ilə bağlı qanunvericiliyin pozulmasına görə 1000 manat, 2008-ci il üzrə vergi hesabatının vaxtında təqdim olunmamasına görə isə 40 manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, “Lalə” kafesinin qanuni təmsilçisi Vaqif Babayev Bilal oğludur. Müəssisənin nizamnamə kapitalı 8 006 000 manat təşkil edir.