Vətəndaşlara banklarla bağlı MÜHÜM XƏBƏRDARLIQ: Bir bankda 100 min manatdan çox…backend

Vətəndaşlara banklarla bağlı MÜHÜM XƏBƏRDARLIQ: Bir bankda 100 min manatdan çox…

Müəyyən
müddətdən bir müxtəlif bankların mənfəət və zərər göstəriciləri açıqlanır. Bu
zaman adətən, həmin banklarla əməkdaşlıq edən vətəndaşlar bəzən təlaşa düşür.
Bunun səbəbi isə onların bank sektorundan yetərincə məlumatlı olmamalarıdır.


Hansı
hallarda vətəndaşlar bankla əməkdaşlığı dayandırmalıdır? Göstəriciləri
necə olan banklar vətəndaşların və sahibkarların rahatlıqla əməkdaşlıq edəcəyi
banklar ola bilər?

Hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov Referans-a açıqlamasında bu sualları cavablandırıb. 

“Vətəndaşlar
banklarla üç istiqamətdə əməkdaşlıq edir: 1) Banka əmanət yerləşdirir: 2)
Bankdan kredit götürür: 3) Bankdan pul köçürməsi edir. Məlum məsələdir ki, bir
nəfərin bir bankda 100 min manatadək olan milli valyuta ilə faiz dərəcəsi 12
faizi ötməyən, xarici valyutadadırsa, faiz dərəcəsi 2,5 faizi ötməyən vəsaiti sığortalıdır.
Yəni bankın başına hansısa iş də gəlsə, Əmanətlərin Sığortalanması Fondu həmin
bank bağlandığı gündən bir ay ərzində kompensasiya edəcək. Yəni bu vəsaiti
qaytaracaq. Buna görə də vətəndaşlar banka əmanət qoyduqda çalışmalıdırlar ki,
bir nəfərin adına 100 min manatdan çox vəsait olmasın. Belə olduğu halda
sonradan bankın vəziyyəti ilə bağlı narahat olmağa ehtiyac qalmayacaq”.

 

Ekspert
qeyd edib ki, banklarda sadəcə krediti olan şəxslərin isə ümumiyyətlə, bankın
taleyi ilə bağlı narahat olmasına ehtiyac yoxdur. Çünki bank bağlansa belə həmin
şəxs müqaviləyə əsasən, bütün qaydalar daxilində öz kreditini ödəməyə davam edəcək.
Burada heç bir dəyişiklik ola bilməz.

 

“Bank
vasitəsilə pul köçürmələri də eyni şəkildə birdəfəlik proseslərdir və bu proses
vətəndaşla bankı bir-birinə bağlamır. Burada da bankın vəziyyəti ilə bağlı
hansısa təhlükə vətəndaşa təsir etmir. Ümumən, bu nəticəyə gəlmək olar ki,
maliyyə hesabatları, bankın mənfəət və zərər göstəriciləri narahat etməməlidir.
Sadəcə bir bankda yuxarıda qeyd etdiyim faiz dərəcələri çərçivəsində 100 min
manatdan çox məbləği bir bankda saxlamamağa diqqət göstərsələr, heç bir təhlükə
ilə üzləşmək ehtimalları olmayacaq. Əməkdaşlıq etdikləri bankla bağlı proseslər
müəyyən qədər sahibkarları, şirkətləri narahat edə bilər. Çünkionların banklarda
saxladıqları vəsaitlər, adətən, yüklü məbləğlər olur. Onlarda da bu məsələlər
ekspertlər, mühasiblər tərəfindən idarə olunduğuna görə, onlar belə hallarda
çox da zərərə uğramırlar”.

 

Fidan
Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki