Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqları sentyabra qədər yekunlaşdırmağa çalışır və buna görə qarşıdakı yaz və yay ayları Ukrayna üçün siyasi və diplomatik baxımdan çətin keçəcək.
O qeyd edib ki, ABŞ–Ukrayna–Rusiya formatında danışıqlar davam etməlidir və gərginlik azaldılarsa, yaxın aylarda yeni görüş baş tuta bilər. Zelenskiyə görə, bu dövrdə Ukraynaya həm siyasi, həm də hərbi təzyiqlər arta bilər.
Prezident əlavə edib ki, Rusiya cəbhədə itkilər versə də, Ukrayna ərazisindəki hərbi qüvvələrinin sayını artırır. Buna baxmayaraq, bəzi şəhərləri ələ keçirmək planlarının real olmadığını vurğulayıb.
Zelenski həmçinin bildirib ki, Ukrayna Yaxın Şərq ölkələri ilə əməkdaşlıq çərçivəsində İran istehsalı “Şahed” tipli PUA-ların zərərsizləşdirilməsində iştirak edib və bu sahədə bir neçə ölkə ilə uzunmüddətli razılaşmalar əldə olunub.
