Xankəndi şəhərindən qarlı hava şəraitini əks etdirən görüntülər yayılıb.
Referans Media xəbər verir ki, kadrlar şəhərin mərkəzi küçələrini, yaşayış binalarını və ətraf əraziləri əhatə edir.
Yağan qar Xankəndidə qış ab-havası yaradıb, ətraf tamamilə ağ örpəyə bürünüb.
Qeyd edək ki, sinoptiklərin məlumatına əsasən, bölgədə qarlı və şaxtalı hava şəraitinin yaxın günlərdə də davam edəcəyi gözlənilir. Yerli qurumlar mümkün çətinliklərin qarşısının alınması üçün müvafiq tədbirlər görür.






















