XƏBƏRDARLIQ! Bəzi ərazilərdə su olmayacaq backend

XƏBƏRDARLIQ! Bəzi ərazilərdə su olmayacaq 

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.

Referans xəbər verir ki, qəza şəhərin Qaraçuq, Qaraxanbəyli, Bulqan kəndləri və Azərbaycan məhəlləsinin bir hissəsini içməli su ilə təmin edən magistral xəttə qeydə alınıb.

Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranıb.

Təmir-bərpa işləri gün ərzində yekunlaşacaq və suyun əvvəlki rejimlə verilməsi təmin ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki