Yalançı sülh quşları: Onlar hansı məqsədə xidmət edir?

Dövlətimizin sülhpərvər mövqeyi bütün dünyaya bəllidir. Referans Media bildirir ki ,  44 günlük Vətən Savaşında qalib tərəf olsaq da düşmənə verdik, barışıq əlini yenə də biz uzatdıq. Amma deyəsən bəzi adamlar sülh siyasətinin mahiyyətini düzgün dərk edə bilməyiblər. Sülh bağlamaq o demək deyil ki, düşmənin xislətini unudasan. Başımıza gələn bəlalar, faciələr də unutqanlığımıza görə olmadımı? Sülh bizə tarixi torpaqlarımıza, Zəngəzura görə lazımdır. Sülh bizə kommunikasiyaların bərpasından əldə edəcəyimiz faydaya görə lazımdır. Başqa dövrləri demirəm, 30 ilik işğal müddətində Xocalı soyqırımı və insanlığa qarşı digər müsibətləri gördük. Yurdlarımız yağıların əli ilə yağmalanıb viran oldu. Bunları necə unutmaq olar? Samirə Əfəndi kimi adamlar piarları üçün bir zaman hərbi xidmətini Qarabağda keçirərək silahını bizə çevirən dığaya qucaq açır, sənət yoldaşları qınayıb başına ağıl qoymaqdansa, hələ ona bəraət də qazandırmaq istəyirlər. Məsələn, Nura (Aynurə) Suri. Facebook hesabında status paylaşaraq Samirənin bu hərəkətinə haqq qazandırır. Guya onun hərəkəti də sülhə xidmət edir…

Nura Suri keçən ildən bəzi sənətçilərlə birlikdə Mədəniyyət Nazirliyi tərəfindən tədbirlərə dəvət almamasından narazılığını bildirir, keçmişdəki ifalarına görə nazirlikdən qonorar istəyir, haqqını tələb etdiyini deyir. Amma vaxtilə işğalçı formasında torpaqlarımızı tapdalayaraq on minlərlə soydaşımızın hüququnu tapdalamış erməni Saro Gevorkyana ən yüksək xal verib öpüşən həmkarını dəstəkləyir. Bunu necə başa düşək? Deyəsən düşmənin boynuna sarılmaqdan ötrü çox tələsirsiniz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki