Yaponiyanın bu addımı qalmaqal yaratdı – Qondarma rejimlə bağlı təxribat

Yaponiyada keçirilən tədbir zamanı qondarma “DXR” və “LXR”-in bayraqlarının asılması beynəlxalq səviyyədə narazılığa səbəb olub.

Ukrayna Xarici İşlər Nazirliyi hadisəyə dərhal reaksiya verərək, bu cür simvolların istifadəsinə siyasi-hüquqi qiymət verilməsinə çağırıb.

Tədbirin təşkilatçılarının bildirdiyinə görə, görüşdə 100-ə yaxın şəxs iştirak edib. Onların arasında keçmiş parlament üzvləri, ekspertlər, siyasi dairələrin nümayəndələri, Yaponiyanın Özünümüdafiə Qüvvələrinin təmsilçiləri, biznes və media nümayəndələri, eləcə də sıravi vətəndaşlar olub.

Tədbiri Yaponiya-Rusiya Dostluq Assosiasiyasının sədri, yapon tarixçi Takeyuki Tanaka təşkil edib. O, Donetsk və Luqansk vilayətlərinə səfərindən danışıb, həmçinin 2014-cü ilin fevralında Ukraynada baş verən hadisələri “konstitusiyaya zidd çevriliş” kimi təqdim edib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki