image-yardim-basvuru-nereden-nasil-yapilir-sartlari-belli-oldu-e-devlet-19-mily-3282474_202602161457_1backend

Yardım adı altında, görün, nəyə əl atdılar – Əhaliyə XƏBƏRDARLIQ

Son günlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında “krediti olan yazsın, kömək edim”, “ərzağa ehtiyacı olan əlaqə saxlasın” kimi elanlar yayan səhifələrin sayı artıb.

Referans Media xəbər verir ki, “Xəzər Xəbər”in “WhatsApp” qaynar xəttinə müraciət edən vətəndaş canlı yayım açan belə səhifələrdən birinə yazdıqdan sonra qarşı tərəfin ondan kart məlumatlarını tələb etdiyini bildirib. Həmin şəxslər guya xaricdən – hətta ABŞ-dan 5000 dollar göndəriləcəyini deyərək kartın bütün məlumatlarını istəyirlər.

Şikayətçinin sözlərinə görə, məlumatları əldə edən şəxslər daha sonra nömrələri bloklayır, fərqli ad və şəkillərlə yeni səhifələr açaraq fəaliyyətlərini davam etdirirlər. Onların istifadə etdiyi telefon nömrələrinin də əksər hallarda başqa şəxslərin adına rəsmiləşdirildiyi bildirilir.

Daha ətraflı süjetdə:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki