Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Türkiyəyə doğru həyata keçirilən ballistik raket atışı ilə bağlı açıqlama verib.
Referans Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Türkiyə Prezidenti bildirib ki, rəsmi Ankara hadisəyə dərhal reaksiya verib və təhlükəsizlik tədbirləri gücləndirilib.
“Bugünkü hadisədə olduğu kimi, biz NATO müttəfiqlərimizlə sıx əməkdaşlıq çərçivəsində bütün tədbirləri görürük və vəziyyətə dərhal reaksiya veririk. Həmçinin bu cür hadisələrin təkrarlanmaması üçün ən aydın xəbərdarlıqları edirik”, – deyə dövlət başçısı vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyənin milli təhlükəsizliyi ilə bağlı məsələlərdə bütün zəruri addımlar atılır və proses diqqətlə izlənilir.
