Yeni sədr TƏYİN OLUNDU 

Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) satınalma komissiyasına yeni sədr təyin olunub.

Referans Media   xəbər verir  ki, Qayanrinfo-nun məlumatına görə, ADHTİ-nin rektoru, tibb elmləri doktoru Nazim Əliyevin müvafiq əmri ilə İnstitutun İnzibati işlər üzrə prorektoru  Röyal Süleymanov sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, Röyal Süleymanov 2025-ci ilin sentyabrından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inzibati işlər üzrə prorektoru təyin olunmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki