Ayben Özçilingir Turtura Beyoğluda bir kafedə “yuyucu tozlu türk qəhvəsi” içdikdən sonra xəstələnib və intubasiya olunub. İngiltərədə təmizlik vasitələrinin qəbulu ilə bağlı başqa bir hadisə baş verib. 18 aylıq körpə anası təmizlik edərkən kimyəvi mayeni tapıb və onu içib. Körpənin ürəyi dayanıb, tənəffüs yolları, dodaqları, ağzı və dili ciddi yanıqlar əmələ gəlib. Bəs təmizlik vasitələri necə ölümcül olur? Belə bir vəziyyətdə ilk olaraq hansı müdaxilə edilməlidir?
Referans MEDİA xəbər verir ki, Ayben Özçilingir Turtura ötən gün rəfiqəsi ilə getdiyi Beyoğludakı kafedə türk qəhvəsi sifariş edib. Qadın ilk qurtumunu içdikdən sonra qəfildən özünü pis hiss edib və tualetə qaçıb. Bir müddət sonra qadın nəfəs darlığı və dilində uyuşma şikayətləri ilə xəstəxanaya aparılıb. Xəstəxanada ilkin tibbi yardım alan Turtura zəhərlənmə şübhəsi ilə başqa xəstəxanaya köçürülüb və reanimasiyaya yerləşdirilib. Turtura boğazında, qida borusunda, traxeyasında, mədəsində və ağciyərlərində yanıqlar əmələ gəldiyi məlum olub.
Araşdırması nəticəsində məlum olub ki, qəhvə hazırlayan Münire A.-nın səhvən yuyucu vasitə ilə doldurulmuş butulkadan qəhvə hazırladığı müəyyən edilib.
Oxşar hadisə İngiltərədə də baş verib. 18 aylıq Sam Anwar Alshameri anasının evi təmizləyərkən arxasınca gedib, kimyəvi maddəni götürməsi nəticəsində ölümlə üz-üzə qalıb.
Təmizləyici vasitəni südlə səhv salaraq içən körpə həyatı üçün təhlükə yaradan daxili yanıqlar alıb. Ailə körpəni dərhal xəstəxanaya aparıb və təcili yardım otağında olarkən ürəyi dayanıb. Ürəyi 3 dəqiqə dayanan balaca Sem həkimlərin müdaxiləsi ilə yenidən həyata qaytarılıb.
27 həkim və tibb bacısından ibarət komanda onun həyatını xilas etmək üçün mübarizə apararkən körpənin tənəffüs yolları, dodaqları, ağzı və dili ciddi yanıqlar alıb. O, iki ay reanimasiyada qalıb, nə yeyə, nə içə, nə də danışa bilib; yanıqlar səbəbindən dodaqları demək olar ki, tamamilə bağlı olub.
Semin ağzı bağlanmağa başlayıb və artıq yemək və ya içki uda bilməyəcəyi qədər kiçik bir dəlik qalıb. Həkimlər Semin burnundan qidalanma borusunu çıxarıb birbaşa onun mədəsinə daimi bir boru yerləşdirməli olublar.
Sem indi təcili rekonstruktiv cərrahiyyə üçün gözləmə siyahısındadır. Bəzi həkimlər əməliyyatın mümkün ola biləcəyini, bəziləri isə bunun hələ tez olduğunu deyir. Bəziləri isə daha əvvəl Sam kimi bir halla qarşılaşmadıqları üçün bilmədiklərini deyirlər.
