Zaxarovanın sualı gərginlik yaratdı: İki ölkə təhlükədədir

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı son açıqlamalarından sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Danimarka və Kanadanın NATO-dan dəstək istəyib-istəməyəcəyi ilə bağlı sual ünvanlayıb.

Referans Media xəbər verir ki, Zaxarova bu barədə Teleqram kanalında paylaşım edib.

“Görəsən, Kopenhagen və Ottava ABŞ-dan qorunmaq üçün NATO-nun qərargahına rəsmi müraciət göndərəcəklərmi?”, – deyə XİN rəsmisi bildirib.

O xatırladıb ki, Danimarka və Kanada ABŞ-la birlikdə NATO-nun təsisçi ölkələrindəndir və alyansın əsas sazişini eyni gündə imzalayıblar.

Qeyd edək ki, Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunun kənarında çıxışı zamanı Kanadanı nankorluqda ittiham edib və ölkənin ABŞ-ın dəstəyi sayəsində mövcud olduğunu iddia edib. ABŞ Prezidenti eyni zamanda Danimarkanın Qrenlandiyanı müdafiə etmək iqtidarında olmadığını söyləyərək adanı almaq niyyətini bir daha dilə gətirib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki