Daha üç ölkə Ukraynaya silah tədarükünü dəstəkləyən PURL təşəbbüsünə qoşulub.
Referans Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, tərəflər həmin ölkələrin adlarının hələlik açıqlanmaması barədə razılığa gəliblər.
Qeyd edək ki, PURL — “Prioritized Ukraine Requirements List” təşəbbüsü ABŞ və NATO tərəfindən yaradılıb. Bu mexanizm Ukraynanı kritik ehtiyac duyulan silahlarla təmin etməyə imkan verir.
Təşəbbüs çərçivəsində ABŞ istehsalı olan silahların Ukraynaya tədarükü məqsədli maliyyələşdirmə hesabına həyata keçirilir.
PURL proqramına daha əvvəl Almaniya, Niderland, Danimarka, Norveç, İsveç, Belçika, Litva, Latviya, Estoniya, İslandiya, Lüksemburq və Kanada qoşulub.
