Təbii fəlakətlər insan həyatında daim təhdid olaraq qalır və dünyanın müxtəlif guşələrində narahatlıq yaradır. Dünən Rusiyanın Kamçatka bölgəsində 8,7 bal gücündə zəlzələ baş verib. Bunun fonunda sunami təhlükəsinin artması və Yaponiya, ABŞ kimi ölkələrin təcili tədbirlər görməsi mövzunu yenidən aktuallaşdırıb. Bu hadisələr yaxın gələcəkdə böyük təbii fəlakətlərin baş verə biləcəyi suallarını gündəmə gətirir və insanların qorxularını artırır.
Maraqlıdır ki, məşhur falçı Vanqanın 2025-ci ilin iyununda zəlzələ və sunami ilə bağlı proqnozları da mövcuddur? Dünyanı hansı təhlükələr gözləyir?
Referans bildirir ki, Globalinfo.az-a danışan ekstrasens Zirəddin Rzayev deyib ki, daha öncə mediaya təbii fəlakətlərin müharibələri unutduracağı proqnozunu verib.
Onun sözlərinə görə, dedikləri yavaş-yavaş həyata keçir:
“Türkiyədə baş verən yanğınlar barəsində məhz sizin sayta “İstanbulu qırmızı görürəm, bu ya yanğın, ya partlayışdır” demişdim. Kamaçatkada baş verən, Yaponiya və Amerikanı qorxudan zəlzələ sunami fəlakəti yaratmamalıdır. Ancaq bu o demək deyil ki, 2025-ci ildə ümumiyyətlə başqa səbəblərdən və başqa coğrafiyada sunami olmayacaq”.
Zirəddin Rzayevin dediklərinə görə, Vanqa heç bir yerdə 2025-ci ilin iyulunda zəlzələ olacağına dair proqnoz verməyib:
“Bunlar hamısı uydurmadır. Vicdanı, şərəf və ləyaqəti olmayan bəzi özünü jurnalist kimi təqdim edənlər və blogerlər mərhum və şikəst fenomenin adından uydururlar. Mən yorulmuşam söyləməkdən, yenə də deyirəm, Vanqanın ümumiyyətlə gələcəklə bağlı proqnozlar kitabı yoxdur! Yox, əgər qəzetlərdə və sair deyiblərsə, köhnə və sovetlər dönəminə aid olan qəzetləri çıxarıb göstərsinlər. İyulda zəlzələ olacağını Vanqa harada və kimə deyib? Əminəm ki, sizin də əlinizdə etibarlı bir mənbə yoxdur. İnanın ki, Vanqanın adından yalan danışırlar. Onlar Tanrı qarşısında buna mütləq cavab verəcəklər”.