2026-cı ilin ən güclü Android telefonları

AnTuTu reytinqinə görə, zirvədə 4 milyon xal həddini keçən RedMagic 11 Pro+ qərarlaşıb. Bu cihaz xüsusilə oyunsevərlər üçün nəzərdə tutulmuş aktiv soyutma sistemi və ən son nəsil Snapdragon prosessoru ilə rəqiblərini geridə qoyub.

Referans Media xəbər verir ki, siyahının ilk 10-luğu aşağıdakı kimidir:

Siyahıdakı cihazların əksəriyyəti Qualcommun ən yeni Snapdragon 8 Elite Gen 5 çipsetindən istifadə edir. Bu prosessor xüsusilə süni intellekt və oyun performansında inqilabi nəticələr göstərir.

RedMagic seriyasının liderliyi təsadüfi deyil. Cihazda daxili ventilyator və xüsusi soyutma kanalları olduğu üçün prosessor qızmadan daha uzun müddət maksimum güclə işləyə bilir.

Orta səviyyəli (mid-range) telefonlar arasında isə Honor Power 2 (Dimensity 8500 Elite prosessoru ilə) 2.2 milyon bal toplayaraq öz sinfində rekord qırıb./Milli.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki