Acun Ilıcalı Türkiyə futboluna qayıdır: Super Liqadan klub alır?

İngiltərənin “Hall Siti” və Sloveniyanın “Maribor” klublarına yatırımları ilə tanınan Acun Ilıcalı ilə bağlı yeni iddia ortaya atılıb. Məşhur iş adamının bu dəfə Türkiyə futboluna yönəldiyi və Super Liqadan bir klub satın almağı düşündüyü bildirilir.

Referans Media xəbər verir ki, iddiaya görə, Ilıcalı Türkiyənin yüksək liqasında çıxış edən komandaların birini almaq variantını nəzərdən keçirir. Lakin onun hansı kluba maraq göstərdiyi açıqlanmayıb.

Qeyd edək ki, Acun Ilıcalı 2022-ci ilin yanvarında İngiltərənin “Hall Siti” klubunu, 2024-cü ildə isə Sloveniyanın “Maribor” komandasını alıb.

Hələlik bu iddia ilə bağlı rəsmi açıqlama verilməyib. Ilıcalının hər hansı klubla danışıqlara başladığı da təsdiqlənməyib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki