Dünya nəhəngi səssizcə hərəkətə keçdi: Hədəfdə "Qalatasaray"ın ulduzu var

İngiltərənin “Mançester Yunayted” klubu “Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimhenin transferi üçün hərəkətə keçməyə hazırlaşır.

Referans Media xəbər verir ki, İngiltərə təmsilçisi hücumçunu transfer etmək üçün İstanbul klubuna 120 milyon avro təklif etməyi planlaşdırır.

Maykl Kerriklə yollarını ayırdıqdan sonra baş məşqçi postunu Maurisio Poçettinoya həvalə edən “Mançester Yunayted”də transfer hazırlıqları sürətlənib.

Argentinalı mütəxəssisin hücum xəttindəki çatışmazlıqları aradan qaldırmaq istədiyi və əsas hədəf kimi Viktor Osimheni müəyyənləşdirdiyi bildirilir.

“Fanatik” nəşrinin iddiasına əsasən, “Mançester Yunayted” Osimheni heyətinə qatmaq üçün ciddi maliyyə vəsaiti ayırmağa hazırdır. İngiltərə klubu “Qalatasaray”a təxminən 120 milyon avro təklif edə bilər.

Hazırda bazar dəyəri 65 milyon avro göstərilən nigeriyalı hücumçunun “Qalatasaray”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Osimhen cari mövsümdə İstanbul təmsilçisinin heyətində keçirdiyi 11 rəsmi matçda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki