Mourinyo Arda Gülərin sirrini açdı: Matçın sonunda nə baş verdi?

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo “Selta Viqo” ilə oyundan sonra futbolçularının fiziki vəziyyətindən danışıb. 2:1 hesablı qələbəni şərh edən portuqaliyalı mütəxəssis xüsusilə Arda Gülər və Cud Bellinqhemin matçın sonunda tamamilə tükəndiyini bildirib.

Referans Media xəbər verir ki, Mourinyo milli komandaların oyunlarından sonra futbolçuların yorğun halda klublarına qayıtdığını vurğulayıb. O, bəzi oyunçuların 12 saatlıq uçuş etdiyini və bu səbəbdən qarşılaşmaya hazırlaşmaqda çətinlik çəkdiklərini deyib.

Mütəxəssis Arda Gülər və Bellinqhemin meydanda bütün güclərini ortaya qoyduqlarını, lakin oyunun sonunda fiziki cəhətdən tükəndiklərini qeyd edib.

Mourinyonun Arda ilə bağlı açıqlaması İspaniya mətbuatında da geniş müzakirələrə səbəb olub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki