Məğlubiyyətin bədəli ağır oldu: Matçdan dərhal sonra vəzifəsindən qovuldu

Türkiyə Super Liqasında “Eyüpspor”un uğursuz çıxışı klub daxilində ciddi dəyişikliklə nəticələnib.

Referans Media xəbər verir ki, çempionatın 12-ci turunda səfərdə “Trabzonspor”la qarşılaşan İstanbul təmsilçisi meydanı 1:0 hesablı məğlubiyyətlə tərk edib. Bu nəticədən sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandada gözlənilməz qərar qəbul edilib.

“Eyüpspor” qarşılaşmadan sonra klub daxilində mühüm kadr dəyişikliyi barədə rəsmi açıqlama yayıb.

Belə ki, mövsümün əvvəlində komandanın heyətinin formalaşdırılması və transfer proseslərinə rəhbərlik etmək üçün vəzifəyə gətirilən Hüseyn Gedikin işinə xitam verilib.

İstanbul təmsilçisi sosial şəbəkə hesablarında yayımladığı açıqlamada ayrılığı təsdiqləyib: “Mövsümün əvvəlində klubumuzun heyətinin formalaşdırılması və transfer proseslərinə cavabdeh şəxs kimi fəaliyyət göstərən Hüseyn Gedikin vəzifəsinə son verilib. İctimaiyyətə hörmətlə bildiririk”.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki