Referans Media xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev “Günə uğurla” verilişində deyib.
Müğənni qızının xəstəliyindən danışıb:
“Qızım xəstədir. Başqa yerə gedəndə ona görə çox narahat olurdum. Bir gün düşündüm ki, qızımın sahibi Allahdır. Onun epilepsiyası var. Konsertə gedirəm fikrim orada qalır. Mən yanında ola-ola da onu itirə bilərəm, olmayanda da yaşaya bilər. Mənim sevgim lazımdır. Amma bir sevgi, işıq var, o da Allahın yoludur. İmtahanlarım olub. Amma bu imtahanlar məni ayaqüstə tutub”. (Axşam.az)





















