Kanadanın Baş naziri Mark Karni Türkiyənin ev sahibliyi etdiyi 36-cı NATO Liderlər Zirvəsində iştirak etmək üçün Ankaraya gəlib.
Referans Media xəbər verir ki, Baş nazir Karni və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə Ankara Esenboğa Hava Limanına enib. Kanada hökumət başçısını hava limanında Türkiyənin maliyyə naziri Mehmet Şimşek qarşılayıb.
Türkiyənin 22 ildən sonra yenidən ev sahibliyi etdiyi NATO Zirvəsində çoxsaylı dövlət və hökumət başçıları bir araya gəlir.
Zirvə çərçivəsində Avro-Atlantik təhlükəsizliyi, müdafiə xərclərinin artırılması, Rusiya–Ukrayna müharibəsi, həmçinin NATO-nun gələcək strategiyası ilə bağlı mühüm məsələlərin müzakirə olunacağı gözlənilir.
