Noyabrın 19-da ev dustaqlığına buraxılan Rəqsanə İsmayılovanın borcunun bir qismini qızı Aysun İsmayılova ödəyib.
Referansaz.az xəbər verir ki, bu barədə prodüser Tolik “Tarixin bir günü” proqramında danışıb.
O bildirib ki, anasına məxsus borcun 100 min manatını Aysun İsmayılova ödəyib.
Rəqsanə İsmayılova 2 nəfərin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min dollar pulunu ələ keçirməkdə ittiham olunur.






















