Müğənni Aysun İsmayılova sosial şəbəkədə etdiyi son paylaşımı ilə diqqət çəkib.
Sənətçi qızı Sevgi ilə birlikdə çəkdirdiyi görüntüləri izləyiciləri ilə bölüşüb. Paylaşımda ana və qızın səmimi anları diqqət çəkərkən, müğənninin yeni köçdüyü ev də sosial media istifadəçilərinin marağına səbəb olub.
Kadrlarda evin interyeri və geniş otaqları izləyicilərin diqqətindən yayınmayıb. Bir çox istifadəçi Aysunun yeni mənzili ilə bağlı müxtəlif fikirlər bildirib və paylaşım qısa müddətdə çoxsaylı şərhlər toplayıb.
Sənətçinin bu paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub./Milli.Az





















