Türkiyə uduzdu, Berke Özər tarix yazdı – Fransanın 7 zərbəsini dəf etdi!

Türkiyə milli komandası UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda sonuncu – VI tur matçında səfərdə Fransa ilə qarşılaşıb. Görüş Türkiyə yığmasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatsa da, qapıçı Berke Özərin çıxışı diqqət çəkib.

Referans Media xəbər verir ki, uzun fasilədən sonra yenidən milliyə dəvət alan qapıçı Fransa ilə qarşılaşmada 7 mühüm seyv edərək komandasının daha böyük hesabla məğlub olmasının qarşısını alıb.


Görüşün əvvəlindən yüksək təzyiq göstərən Fransa yığması Türkiyə millisinin qapısı qarşısında bir sıra təhlükəli vəziyyətlər yaradıb. Lakin Berke Özər rəqibin qapıya dəqiq yönələn 7 zərbəsini dəf etməyi bacarıb.

Xüsusilə təkbətək epizodlarda nümayiş etdirdiyi çevik reaksiyalarla diqqət çəkən qapıçı azarkeşlərin və futbol ictimaiyyətinin rəğbətini qazanıb.

Türkiyə müdafiəsinin çətin anlar yaşadığı qarşılaşmada Berke Özər iki qol buraxsa da, 7 seyvi ilə hesabın daha da böyüməsinə imkan verməyib.

Beləliklə, milliyə qayıdış matçında uğurlu çıxışı ilə seçilən qapıçı Türkiyə yığmasının Fransa səfərində ən çox diqqət çəkən futbolçularından biri olub.
 

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki