Türkiyə millisi UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə uğursuzluqla yadda qalıb.
Referans Media xəbər verir ki, "ay-ulduzlular" A Liqasının 1-ci qrupunda keçirdiyi 6 oyunun hamısında məğlub olub.
Türkiyə millisi Fransaya (0:1, 1:2), İtaliyaya (1:4, 1:3) və Belçikaya (0:3, 1:2) hər iki oyunda uduzub.
Beləliklə, Türkiyə yığması qrup mərhələsini xalsız başa vuraraq sonuncu yeri tutub. Komanda rəqib qapılarına 4 qol vurub, öz qapısından isə 15 top buraxıb.
Nəticədə Türkiyə millisi böyük ehtimalla Millətlər Liqasının növbəti mövsümündə B Liqasında mübarizə aparacaq. Sergen Yalçının baş məşqçi olduğu komandanın az da olsa pley-off oynamaq şansı var. Ancaq bunun üçün Serbiya bu gecə keçiriləcək görüşdə Yunanıstana ən azı 5 top fərqi ilə uduzmalıdır. Serbiya 4 və ya daha az top fərqi ilə məğlub olarsa, yaxud xal qazanarsa, Türkiyə B Liqasına düşəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi
15 noyabr
VI tur
A Liqası
1-ci qrup
23:45. Fransa - Türkiyə -2:1
23:45. Belçika – İtaliya – 4:1
Xal durumu: İtaliya - 10, Fransa - 13, Belçika - 12, Türkiyə - 0.
