Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK

“Seçki qələbəsindən sonra hökumətin ilk iclasında Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq və daşınmaz əmlak almasını qadağan edən qanun qəbul ediləcək”. 

Referans Media xəbər verir ki, bunu "Güclü Ermənistan" partiyasından baş nazirliyə namizəd Samvel Karapetyan bildirib.

“Vətəndaşları ən çox narahat edən məsələni müzakirə etmək və həll etmək üçün toplaşmışıq. Son iki ay ərzində bütün iqtisadi proqramlara toxunmuşuq -  300.000 iş yerinin yaradılması, turizmin inkişafı üçün 1 milyard, demoqrafik dəyişikliklər üçün əhəmiyyətli vəsait, kiçik müəssisələrin vergilərdən və yoxlamalardan azad edilməsi və s. 

Lakin ən ciddi bir məsələ var ki, 300 000 azərbaycanlını Ermənistana köçürmək planını dayandıra bilməsək, bütün iqtisadi proqramlar qeyri-real olacaq. İş yerlərinin əsas hissəsi azərbaycanlılara veriləcək. 

Buna görə də hökumətin ilk iclasında vacib bir qanun qəbul edəcəyik. Biz bunu “Səfərovun qarşısının alınması” adlandırdıq ki, bu da Azərbaycanlılara ev və torpaq almağı və ya onları hədiyyə olaraq qəbul etməyi qadağan edir. Biz artıq bunun baş verdiyini görmüşük. 

240 kvadrat kilometr Azərbaycana verildi. Nə etsək də, iqtisadiyyatı necə inkişaf etdirsək də, bu ən vacib problemi həll etməsək, qalanları dəyərsiz olacaq”, - deyə Samvel Karapetyan bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki