Bakı və İrəvan Moskvaya qarşı birləşdi, təhlükə var – Surenyants backend

Bakı və İrəvan Moskvaya qarşı birləşdi, təhlükə var – Surenyants 

  “Hazırda Azərbaycanla Ermənistanı birləşdirən əsas məsələ sülh deyil, Rusiyanın regiondakı təsirini zəiflətmək məqsədidir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

O, Bakı və İrəvanın bu məsələdə ortaq maraqlara sahib olduğunu bildirib:

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüş məndə belə bir təəssürat formalaşdırıb. İki ölkə də Moskvanı Cənubi Qafqazdan sıxışdırmaq istəyirlər. Belə bir məsələ Azərbaycan üçün daha az risk təşkil edir. Çünki paralel olaraq Türkiyə kimi bir müttəfiqinin regionda mövqeləri güclənəcək. Lakin Ermənistanın taleyi müəmmalıdır, ölkənin təhlükəsizlik sistemini təşkil edən Rusiya olmasa, nə baş verəcək? Bu sualı cavablandırmaq üçün dərin siyasi biliyə ehtiyac yoxdur. İrəvan üçün təhlükə çoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki