Bir cümlə hər şeyi dəyişdi: Vanda Nara sözləri ilə gündəmi silkələdi

Uzun müddətdir qarşılıqlı ittihamlar, hüquqi çəkişmələr və qalmaqallarla gündəmdə olan Mauro İkardi ilə Vanda Nara münasibətində diqqətçəkən yeni inkişaf yaşanıb. Vanda Naranın sosial şəbəkədə etdiyi son paylaşım tərəflər arasında gərginliyin azaldığı kimi qiymətləndirilir.

Referans Media xəbər verir ki, boşanma prosesi və övladların qəyyumluğu ilə bağlı mübahisələr fonunda tez-tez gündəmə gələn cütlüyün münasibətlərində daha sakit mərhələnin başladığına dair siqnal məhz Nara tərəfindən verilib. Onun “Həmişə ailə olaraq qalacağıq” ifadəsi sosial mediada geniş rezonans doğurub və keçmiş cütlük arasında münasibətlərin normallaşdığına dair şərhlərə səbəb olub.

Bir zamanlar böyük sevgi ilə qurulan evlilik sonradan ciddi iddialar, qarşılıqlı ittihamlar və səs-küylü açıqlamalarla yadda qalmış, nəticədə tərəflər yollarını ayırmaq qərarı vermişdi. Boşanmanın ardından həm İkardi, həm də Nara şəxsi həyatları ilə maqazin gündəmində qalmaqda davam ediblər.

Hazırda “Qalatasaray”ın formasını geyinən Mauro İkardi aktrisa Çinа Suares ilə münasibətini sosial şəbəkə paylaşımları ilə nümayiş etdirir. Vanda Nara isə yeni münasibəti və övladları ilə keçirdiyi anlarla diqqət mərkəzindədir.

Bir izləyicinin “Mauro ilə münasibətiniz necədir?” sualına cavab verən Vanda Nara bildirib ki, son dövrlər uşaqlarının ataları ilə daha çox ünsiyyətdədir:

“Bəzən razılaşırıq, bəzən yox. Amma münasibətlər xeyli irəliləyib. Biz həmişə ailə olaraq qalacağıq.”

Bu açıqlama, keçmişdə yaşanan gərginliklərə baxmayaraq, İkardi–Nara münasibətlərində daha balanslı və sakit dövrün başladığı kimi dəyərləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki