Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bu gündən etibarən bütün terminallar vasitəsilə Premium Bank kart və hesablarına mədaxil edilən vəsaitlərdən 1 faiz məbləğində xidmət haqqı tutulacaq.

Referans Media xəbər verir ki, ödəniş terminalları vasitəsilə xidmət göstərən şirkətlər istifadəçilərə ünvanladıqları məlumatda bəzi əməliyyatlar üzrə yeni xidmət haqqının tətbiq olunacağını açıqlayıblar.

Məlumata görə, digər ödəniş istiqamətləri üzrə tariflərdə dəyişiklik nəzərdə tutulmur. Qeyd olunur ki, xidmətlər əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki