Bu ölkə MDB üzvlüyündən çıxır

Moldova Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxır. Referans Media  TASS-a istinadən bildirir ki, bu barədə Moldovanın xarici işlər naziri Mihai Popşoi məlumat verib. Onun sözlərinə görə, üzvlüyü təsis edən əsas müqavilələri ləğv etdikdən sonra çıxış işlərinə başlanacaq:

“Moldova Müstəqil Dövlətlər Birliyində üzvlüyünün əsasını təşkil edən üç əsas müqaviləni – MDB Nizamnaməsini, MDB-nin yaradılması haqqında Sazişi və müvafiq əlavəni ləğv etmə prosesinə başlayıb. Onların rəsmi ləğvindən sonra ölkəmiz MDB-nin üzvü olmağı dayandıracaq” – deyə o bildirib.

Müvafiq sənədlər yekun təsdiq üçün respublika parlamentinə təqdim olunacaq. Moldova 1994-cü ildən MDB-nin üzvüdür.

2022-ci ildə respublika rəhbərliyi müqavilələrin tədricən ləğvinə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki