Bu şəxslər TƏHLÜKƏDƏDİR! Virusla bağlı XƏBƏRDARLIQ EDİLDİ / VİDEObackend

Bu şəxslər TƏHLÜKƏDƏDİR! Virusla bağlı XƏBƏRDARLIQ EDİLDİ / VİDEO

Çində bir ay ərzində ağcaqanadlar vasitəsilə çikunqunya virusuna yoluxma hallarının 7000-dən çox olduğu bildirilir.
Xəstələrin əksəriyyətinin cənubdakı Foşan şəhərində cəmləşdiyi bildirilir.

Foşandan əlavə, Quanqdonqun ən azı 12 başqa şəhərində də hallar təsdiqlənib.

Referans xəbər verir ki, səlahiyyətlilər yoluxmuş şəxslərin xəstəxanalarda karantinə götürüldüyünü və onlardan test götürüldüyünü açıqlayıb.

ABŞ Çinə səyahət edən vətəndaşlarına heç bir müalicəsi və ya peyvəndi olmayan virusa yoluxma hallarının artması fonunda “ehtiyatlı olmaq” barədə xəbərdarlıq edib.

Yoluxmuş ağcaqanadın dişləməsi ilə yayılan virus qızdırma və şiddətli oynaq ağrılarına səbəb olur. Simptomlar adətən dişləmədən sonra 4-8 gün ərzində görünür, lakin 2-12 gün arasında dəyişə bilər. Xəstəlik ən çox ani başlayan yüksək hərarətlə özünü göstərir və adətən 2-3 gün davam edir.

Ən çox yayılan simptom şiddətli oynaq ağrısıdır. Bu ağrı həftələr, aylar, hətta bəzi hallarda illərlə davam edə bilər. Baş ağrısı, əzələ ağrısı, yorğunluq, ürəkbulanma və dəri səpgiləri də ümumi simptomlardır.

Xəstəlik nadir hallarda ölümcül olsa da, şiddətli ağrı həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Əksər xəstələr bir həftə ərzində sağalsa da, bəzi hallarda göz, ürək və ya sinir sistemi ilə bağlı fəsadlar yarana bilər.

Daha ətraflı videoda:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki