Cəlilabadda QORXUNC HADİSƏ: Bacı qardaşını… / VİDEObackend

Cəlilabadda QORXUNC HADİSƏ: Bacı qardaşını… / VİDEO

Cəlilabadın Adnalı kəndində ailə mübahisəsi qanla nəticələnib.

Referans xəbər verir ki, kənd sakini, 43 yaşlı Şəfəq Əsgərova qardaşı, 46 yaşlı Nurəddin Əsgərovu bıçaqlayıb.

Xəsarət alan N.Əsgərov ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona döş qəfəsinin və sol aşağı ətrafın kəsilmiş yarası diaqnozu təyin olunub və zəruri ilkin tibbi yardımlar göstərilib. Onun müalicəsi hazırda Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətinin stabil olduğu bildirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şəfəq Əsgərova polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bacı ilə qardaş arasında illərdir ki, mülk üstündə dava olduğu bildirilir.

Daha ətraflı videoda:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki