ChatGPT-yə misli görünməmiş iddia: Süni intellekt şirkəti məhkəməyə verildi

ABŞ-də bir ştat rəhbərliyi süni intellekt əsaslı məşhur çatbot olan OpenAI şirkətini və onun hazırladığı ChatGPT xidmətini məhkəməyə verib. İddiada platformanın xüsusilə azyaşlı istifadəçilər üçün təhlükə yaratdığı irəli sürülür.

Referans MEDİA xəbər verir ki, məhkəmə sənədlərində şirkət aldadıcı və ədalətsiz ticarət praktikaları, səhlənkarlıq və məhsul məsuliyyəti ilə bağlı qanunları pozmaqda ittiham olunur. İddiaçılar həmçinin şirkətin baş direktoru Sam Altmanın süni intellekt texnologiyalarının insan həyatı üçün yarada biləcəyi riskləri kifayət qədər nəzərə almadığını iddia edirlər.

Məhkəmə ərizəsində ChatGPT ilə bağlı bir sıra ciddi iddialar irəli sürülüb. Sənəddə platformanın:

Kütləvi zorakılıq və ya cinayət xarakterli hərəkətlərlə bağlı məlumatlar təqdim edə bilməsi;
Özünə zərər vermə və ya intihar mövzularında riskli məzmun yaratması;
İnsanların ictimai nüfuzuna zərər vura biləcək yanlış məlumatlar istehsal etməsi;
Azyaşlıların valideyn nəzarəti olmadan platformadan həddindən artıq istifadə etməsinə şərait yaratması;
İstifadəçilərin tənqidi düşünmə bacarıqlarına mənfi təsir göstərə bilməsi kimi ittihamlar yer alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki