Ötən ay 118 nəfər zəhərlənib, onlardan 3-ü ölüb.
Referans xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov Xəzər Xəbərə açıqlamasında deyib.
Toksikoloq zəhərlənmələrin əsasən hansı səbəbdən olduğunu da açıqlayıb. O bildirib ki, zəhərlənmə halları daha çox evdə yanlış şəraitdə saxlanılan qidalardan baş verir.
Həkim deyir ki, zəhərlənmələrin həkimə müraciət etmək üçün gecikdirilməsi də böyük problemlərə yol açır. Vətəndaşlar zəhərlənmə əlamətlərini gördükləri an həkimə müraciət etməlidir.
Daha ətraflı süjetdə: