Əhaliyə xəbərdarlıq: bu dəfə 6 gün olacaqbackend

Əhaliyə xəbərdarlıq: bu dəfə 6 gün olacaq

  Yer kürəsində maqnit qasırğası gözlənilir.

Referans.az  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

Bildirilib ki, Günəşdəki yeni tac dəliyindən geomaqnit pozğunluqları 6 gün davam edə bilər:

“Yer sentyabrın 13-dən 14-nə keçən gecə narahatedici bölgəyə daxil olacaq. Bundan sonra küləyin sürəti sentyabrın 14-15-də artmağa başlayacaq. Pik dəyərlər 16 sentyabrda müşahidə edilə bilər”.

 
Məlumata görə, sentyabr ayı maqnit qasırğaları ilə zəngin olub:

“Təkcə ilk 10 gündə 3 maqnit qasırğası baş verib. Alimlərin fikrincə, bu, avqust ayı ilə müqayisədə 10 dəfə çoxdur”.

Qeyd edək ki, belə zamanlarda bəzi meteohəssas insanlar özlərini pis hiss edə bilərlər – gücdəndüşmə, təzyiq artımları, həmçinin baş ağrıları kimi hallar mümkündür. Həkimlər belə insanlara maqnit qasırğaları zamanı gec tələb edən fiziki məşqlərdən çəkinməyi, bunun əvəzinə təmiz havada gəzməyi məsləhət görürlər./Globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki