“İşte Benim Stilim” yarışması ilə tanınan Emel Özkızıltaş uzun müddətdir ekranlardan uzaq idi. Sosial şəbəkələrdə paylaşdığı son fotolar isə izləyicilər arasında böyük təəccüb doğurdu.
Referans Media xəbər verir ki, bir dövrə damğa vuran “İşte Benim Stilim” yarışmasının diqqət çəkən simalarından olan Emel Özkızıltaş illər sonra sosial mediada etdiyi paylaşım ilə yenidən gündəmə gəldi. Uzun müddət televiziya ekranlarından uzaq həyat sürən Özkızıltaşın son görünüşü onu görənləri heyrətləndirdi. Sosial mediada “Bu, doğrudanmı Emeldir?” kimi şərhlərlə müzakirə olunan fotolar estetik dəyişiklikləri və üslubundakı fərqlə diqqət çəkdi.
Yayımlandığı dövrdə böyük maraqla izlənilən “İşte Benim Stilim” yarışması ilə tanınan Emel Özkızıltaş daha sonra Mehmet Ali Erbilin aparıcılığı ilə efirə gedən “Çarkıfelek” proqramında hostes kimi fəaliyyət göstərib. Hazırda isə Özkızıltaş televiziya ekranlarından uzaq, daha sakit bir həyat tərzi seçib.
Son olaraq “Gelinim Mutfakta” proqramı ilə tamaşaçı qarşısına çıxan Emel Özkızıltaş bu günlərdə əsasən sosial mediada etdiyi paylaşımlarla gündəmə gəlir. Sosial şəbəkələrdə müxtəlif əməkdaşlıqlar edən məşhur simanın son görünüşü çoxlarını təəccübləndirib. İllər ərzində keçirdiyi dəyişikliklə bağlı “tamamilə başqa birinə bənzəyib”, “tanıya bilmədim”, “sanki bu, başqa insandır” kimi rəylər yazılıb.
Emel Özkızıltaş kimdir?
Əsl peşəsi stüardessa olan Emel Özkızıltaş müğənni Abdullah Yıldızın “Mektup” adlı mahnısına çəkilən klipdə rol aldıqdan sonra Kanal D ekranlarında yayımlanan “Bugün Ne Giysem” və “İşte Benim Stilim” proqramları ilə tanınıb.
Özkızıltaş 2014-cü ildə “İşte Benim Stilim” yarışmasının qalibi olub və qısa müddət “Çarkıfelek” proqramında da fəaliyyət göstərib.
Son olaraq 2021-ci ildə Kanal D-də yayımlanan və böyük maraqla izlənilən “Gelinim Mutfakta” proqramında bir həftəlik aparıcılıq edib.






















