image-amina_sirin_2025backend

“Evlərimi, bağımı kirayə verib dolanıram”

Müğənni Əminə Şirin açıqlaması ilə sosial şəbəkələrdə diqqət çəkib.

Referans Media xəbər verir ki , sənətçi bildirib ki, bəzi evlərini və bağ sahələrini kirayəyə verib.

Onun sözlərinə görə, bu əmlakların öz zəhməti ilə deyil, valideynlərindən qalan mirasdır:

“İmkan var, bəzi evlərimi və bağımı kirayəyə vermişəm. Əslində əlavə evlərimizi anam və atam alıb. Onlar bir ömür boyu çalışıblar. Atam bizneslə məşğul olub. O evlərdə mənim bir qəpik də zəhmətim yoxdur, valideynlərimdən qalan mirasdır”, – deyə müğənni qeyd edib.

Əminə Şirinin bu etirafı sosial mediada müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər onun səmimi açıqlamasını təqdir etsə də, digərləri mövzu ətrafında fərqli fikirlər səsləndiriblər./milli.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki