Meta, süni intellekt sahəsində yeni bir mərhələyə keçərək “Facebook”a fotoşəkilləri animasiyalı videolara çevirmək imkanı əlavə edib. İstifadəçilər artıq profil fotoşəkillərini və paylaşdıqları şəkilləri bir neçə saniyəlik hərəkətli videolara çevirə biləcəklər.
Yeni xüsusiyyət necə işləyir?
Meta-nın süni intellekt texnologiyası sayəsində istifadəçilər:
Profil fotoşəkillərini qısa animasiyalara çevirə, Əvvəlcədən təyin olunmuş animasiya modları arasından seçim edə, “Facebook”a yüklənmiş və ya cihaz qalereyasındakı şəkilləri istifadə edə biləcəklər.
Mövcud animasiya seçimləri
İstifadəçilər ürək işarəsi etmək, parti papağı taxmaq, qulaqlıq istifadə etmək, həmçinin 3D və anime stilində dəyişikliklər edə bilərlər. Meta ilin sonuna qədər əlavə animasiya seçimləri təqdim edəcəyini açıqlayıb.
Daha yaxşı nəticə üçün tövsiyələr
Meta ən yaxşı nəticə üçün aşağıdakı şərtləri tövsiyə edir:
Şəxsin kameraya baxması,
Üzün açıq və aydın görünməsi,
Əlinin başqa bir əşya tutmaması.
Animasiya tamamlandıqdan sonra məzmun birbaşa ana səhifədə paylaşa biləcək.
“Restyle” xüsusiyyəti
Yeniləmə ilə “Facebook”a “Restyle” adlı süni intellekt aləti əlavə olunub. Bu vasitə ilə istifadəçilər:
Hekayələrini və xatirələrini yenidən dizayn edə,
3D, anime və digər bədii stilləri tətbiq edə,
Süni intellekt dəstəyi ilə mətn komutları vasitəsilə şəkilləri dəyişdirə biləcəklər.
Sistem genişlənir
Meta animasiya sistemini mərhələli şəkildə genişləndirir. Yaxın zamanda mətin paylaşımlarına animasiyalı fonlar, mövsümi və xüsusi dizaynlı hərəkətli temalar əlavə olunacaq. Yeni mətn göndərişi yaradarkən “A” simvoluna tıklayaraq animasiyalı fon seçmək mümkün olacaq.
Meta-nın süni intellekt strategiyası
“Facebook”da bu yenilik, Meta-nın son illərdə sürətləndirdiyi AI strategiyasının bir hissəsidir. “WhatsApp”dakı Meta AI asistenti də bu transformasiyanın mühüm nümunələrindən biridir. Lakin şirkətin süni intellekt sahəsindəki addımları bəzən məxfilik və rəqabət məsələlərində müzakirələrə səbəb olur.























