Ard-arda atılan raketlər, dəhşətli sarsıntılar… – Regionda GÜCLÜ ZƏLZƏLƏYƏ SƏBƏB OLACAQ?backend

Ard-arda atılan raketlər, dəhşətli sarsıntılar… – Regionda GÜCLÜ ZƏLZƏLƏYƏ SƏBƏB OLACAQ?

Xəbər verdiyimiz kimi, hazırda İran və İsrail arasında hökm
sürən hava hücumu davam edir. Bu isə regiona yer qatını titrədəcək saysız-hesabsız
güclü raketlərin atılması deməkdir. Gərginliyin tərəflərindən olan qonşu ölkə
İranın da seysmik aktiv zonada yerləşməsi məlumdur. Bunu nəzərə alsaq, ard-arda
güclü raketlərin atılması regionda yüksək maqnitudalı zəlzələ ehtimalını gücləndirə
bilərmi?

Ümumiyyətlə, belə güclü raketlərin yer səthini sarsması zəlzələ
baş verməsinə səbəb ola bilərmi?

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq
Qulam Babayev Referans
-a açıqlamasında bu məsələyə aydınlıq gətirib.  




“Son günlər ərzində İsraillə İran arasında münaqişə nəticəsində
İran ərazisinə çox sayda raketlər endirilib və bu fonda xoşagəlməz hadisələr
baş verir. Bu, siyasi məsələdir. Bu prosesin seysmik və geodinamika şəraitinə təsiri
və bununla əlaqəsinə gəldikdə isə təbii ki, raketlərin yerə enməsi və yer səthində
partlayışın əmələ gəlməsi ilə dərinlikəd baş verən heç bir geodinamik prosesin əlaqəsi
yoxdur. Yəni istənilən qədər güclü raketlərin yer səthinə düşməsi zəlzələnin
baş verməsinə səbəb ola bilməz. Çünki zəlzələ dərinliklərdə baş verən
geodinamik, bioloji proseslərin nəticəsində formalaşır və əmələ gəlir. Dərinliklərdə
piltələr piltələrlə toqquşur, qırılmalar baş verir, bu qırılmalar nəticəsində
dinamik proseslərin pozulması, termal durumun pozulması nəticəsində qırılmalar
baş verir və bu qırılmalar nəticəsində seysmik dalğalar paylanılır. Bu seysmik
dalğalar müəyyən layların arasından keçərkən ya udulur, ya da güclənir və səthə
müəyyən intensivlik formasında gəlib çıxır. Təbii ki, udularaq gəldikdə az,
güclənərək gəldikdə isə yüksək intensivliklə müşahidə olunur”.

Seysmoloq bildirib ki, sözügedən hadisə sadəcə təsadüf nəticəsində
baş verə bilər. Raketin yer səthinə düşməsi ilə zəlzələnin baş verməsi anı eyni
vaxtda düşərsə, əmin olmalıyıq ki, bu sadəcə təsadüfdür. Belə bir ehtimal isə olduqca
aşağıdır.

 

Fidan Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki