Hava ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ: Bu şəhərdə sel və dolu riski var – SAAT AÇIQLANDI

Türkiyənin Bingöl vilayətində güclü yağışla bağlı xəbərdarlıq edilib. Bingöl Valiliyi Meteorologiya 13-cü Regional Müdirliyinin məlumatlarına əsasən, bu gün günorta saatlarından etibarən bölgədə yerli xarakterli güclü yağışların yağacağını açıqlayıb.

Referans Media xəbər verir ki, yağışın saat 12:00-da başlayacağı və 22:00-dək davam edəcəyi gözlənilir.

Güclü yağışla əlaqədar bir sıra təhlükələrin yarana biləcəyi bildirilir. Xüsusilə qəfil sel, su basması, çay və dərələrin daşması, ildırım, lokal dolu yağışı və güclü külək riski diqqətə çatdırılıb.

Yağıntıların nəqliyyatda da problemlərə səbəb ola biləcəyi, yollarda hərəkətin çətinləşməsi ehtimalının olduğu qeyd edilib.

Xəbərdarlıqda yağışla yanaşı, palçıq şəklində yağıntının düşə biləcəyi də bildirilib.

Valilik sakinləri xüsusilə xəbərdarlığın qüvvədə olduğu saatlarda diqqətli olmağa, mümkün risklərə qarşı qabaqlayıcı tədbirlər görməyə çağırıb.

Sürücülərə isə güclü yağış zamanı yollarda diqqətli olmaları və nəqliyyatda yarana biləcək fasilələri nəzərə almaları tövsiyə edilib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki