image-tru2ygkgser8cjvhyssv2l8fushkvp8g9uria5lx_1200backend

Hikmət Hacıyev Elçin Qasımovla ikitərəfli münasibətləri müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov iki ölkə arasında münasibətləri müzakirə ediblər.

Referans Media xəbər verir ki, bu barədə slovakiyalı səfir görüşün yekunlarına dair “X” sosial şəbəkəsində yazıb.

“Biz Slovakiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini müsbət qiymətləndirdik. Bu, qarşıdan gələn çoxsaylı yüksək səviyyəli səfərlərlə təsdiqlənir. Əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm”, – o yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki