İlham Əliyev sabah Türkiyəyə gedəcək backend

İlham Əliyev sabah Türkiyəyə gedəcək 

  “Azərbaycan Prezidenti İlham Əliyev Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2025-ci il iyunun 19-da cümə axşamı günü ölkəmizə səfər edəcək”.

Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun X səhifəsində yazıb.

Onun sözlərinə görə, səfər çərçivəsində 2023-cü ilin fevral ayında baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adıyla inşa edilən yaşayış kompleksinin Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı həyata keçiriləcək:

“Səfər zamanı Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur”.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki