“İnsan Yuyucusu” adlandırılan maşının Yaponiyada satışa çıxarıldığı elan edilib. Cihaz ciddi marağa səbəb olub.
Referans Media xəbər verir ki, paltaryuyan maşın kimi işləyən məhsul, istifadəçilərin kapsula əlini uzatması ilə yuyulma prosesinə start verir. İstifadəçilər sadəcə musiqini seçirlər. Şirkət rəsmiləri izah edirlər ki, onlar yalnız bədəni deyil, həm də ruhu təmizləməyi hədəfləyirlər. Cihaz təmizləmə prosesi boyunca istifadəçinin ürək döyüntüsünü və həyati əlamətlərini qeyd edir.
Cihaz əvvəlcə yalnız prototip olaraq hazırlanmışdı. ABŞ-da yerləşən turizm şirkəti prototipin kommersiya məqsədli istifadəyə verilə biləcəyini bildirib. Daha sonra şirkət onu həqiqətən istehsal etmək qərarına gəlib.
Şirkət cihazın unikal xüsusiyyətlə malik olduğunu bildirib. Təxminən 50 ədəd istehsal etməyi planlaşdırdıqlarını açıqlayıblar. Yerli media pərakəndə satış qiymətinin 385 min dollar olacağını bildirib.






















