İran Bolqarıstana xəbərdarlıq etdi: “Nəticələri ağır olacaq”

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasına dəstək verməməyə çağıraraq rəsmi Sofiyaya sərt mesaj göndərib.

Referans Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə telefon danışığında bildirib.

O qeyd edib ki, “Bezmer” aviabazasının ABŞ hərbi təyyarələrinin istifadəsinə verilməsi Tehrana qarşı mümkün əməliyyatlarda iştirak kimi qiymətləndirilə bilər.

Əraqçi vurğulayıb ki, belə bir addım regiondakı gərginliyi daha da artıracaq və İran tərəfindən ciddi qəbul ediləcək.

Qeyd edək ki, ötən həftə Bolqarıstan parlamenti ABŞ Hərbi Hava Qüvvələrinə məxsus səkkizədək KC-135 yanacaq dolduran tanker təyyarəsinin və 250-yə qədər amerikalı hərbçinin ölkədə müvəqqəti yerləşdirilməsinə razılıq verib. Bolqarıstan rəsmiləri isə bəyan ediblər ki, bu qüvvələrdən hücum məqsədilə istifadə olunmayacaq./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki