Tramp İranı yenidən hərbi əməliyyatlarla HƏDƏLƏDİ

“ABŞ istədiyi nəticəni əldə etməyəcəyi təqdirdə İrana qarşı hərbi əməliyyatları bərpa edəcək”.

Referans Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “TF1/LCI” telekanalına açıqlamasında bildirib.

"Əgər istədiyimizin 100 faizini əldə etməsək, o zaman heç bir şübhə olmadan (hərbi əməliyyatlara) qayıdacağıq", – deyə Tramp hədələyib.

Bundan əvvəl ABŞ-ın İranın Fars körfəzində yerləşən Keşm adasına endirdiyi hava zərbəsi nəticəsində yaşayış binasının dağıntıları altında iki nəfərin qaldığı barədə məlumat yayılmışdı. Xilasetmə qrupları insanların dağıntılar altından çıxarılması istiqamətində əməliyyatları davam etdirirlər./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki