İrəvanda inanılmaz proses: Cəbhədə yeni “yem”, ardınca müharibə – Görün nələr yazılırbackend

İrəvanda inanılmaz proses: Cəbhədə yeni “yem”, ardınca müharibə – Görün nələr yazılır

  Avqustun 8-də ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş

keçirilməsi ilə bağlı xəbərdən sonra Ermənistanda Kremlə yaxın ruporlar hərəkətə keçib.

Referans xəbər verir ki, rusiyayönlü xətti əsas götürən bəzi media orqanları və politoloqlar ABŞ-ın sülh prosesindəki vasitəçiliyinin guya fəlakət

gətirəcəyini iddia edirlər.

“Luys” İnformasiya və Analitik Mərkəzinin direktoru Ayk Ayvazyan yazıb ki, “Ermənistanla Azərbaycan arasında ABŞ-ın vasitəçiliyi mənasızdır”:

“Heç kimə sirr deyil ki, ABŞ Rusiyaya qarşı başqalarının əli ilə müharibə başlatmaq istəyir. Avropa tərəfində onlar ukraynalıları bu addımı atmağa

vadar etdilər. Cənubi Qafqazda isə Gürcüstan bu baxımdan rol oynadı”.

Ayvazyan Kremlin məşhur tezisini təkrarlayaq iddia edib ki, guya ABŞ erməniləri yeni müharibəyə hazırlayır və bunun başlanğıcı Ermənistan

ordusunun NATO standartlarına uyğunlaşdırılmasıdır. Xatırlayırsınızsa, Rusiya XİN mütəmadi olaraq NATO-nun Cənubi Qafqaza gəlməsi ilə

barışmayacaqlarını bəyan edir.

Bundan başqa, Ayvazyan qeyd edib ki, 10 noyabr 2020-ci il bəyanatı Ermənistan üçün əsl “həyat xətti”dir:

“Ermənilər Rusiya-Azərbaycan cəbhəsində yem kimi hazırlanır. Bizim regionla bağlı müəyyən planlar var, lakin bu, hələ ki onların həyata

keçiriləcəyi anlamına gəlmir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin ölkəsinin strateji silahlarını tez-tez xatırlatması əbəs

deyil”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan yeni müharibədə maraqlı olmadıqlarını bəyan ediblər. Hətta Ermənistan Baş naziri Nikol Paşinyan

Azərbaycanla müharibə olmayacağını əminliklə bildirərək, Bakının da sülhpərvər mövqeyini vurğulayıb.

Liderlərin avqustun 8-də Ağ Evdə keçiriləcək görüşünün sülh üçün mühüm əhəmiyyət daşıyacağı bildirilir.(,Globalinfo.az )
    


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki