Kamran Əliyevdən daha 3 təyinat backend

Kamran Əliyevdən daha 3 təyinat 

  Baş Prokurorluqda yeni kadr dəyişiklikləri olub.

Referans lent.z-a istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv Tədbirlər və Təhqiqat İdarəsinin rəisi Səbuhi Alıyev vəzifəsindən azad olunub və Baş Prokurorluğun Beynəlxaq Hüquqi Əməkdaşlıq İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Beynəlxaq Hüquqi Əməkdaşlıq İdarəsinin rəisi Erkin Əlixanov baş prokurorun əmri ilə vəzifəsindən ayrılıb.

Bundan əlavə, İsfəndiyar Hacıyev Təşkilati və informasiya təminatı idarəsinin, Natiq Eyvazov isə tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə təsdiqlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki