backend

Lukas Torreira təslim olmur – O, keçmiş sevgilisi Devrim Özkanı yenidən izləməyə başlayıb

Lukas Torreira və onun keçmiş sevgilisi Devrim Özkan manşetlərdə qalmaqda davam edir. Qalatasaray ulduzu hələ də eşq yaşadığını dediyi məşhur aktyoru yenidən İnstaqramda izləməyə başlayıb. Devrim Özkanın hansı addımı atacağı maraq doğurur.

Referans MEDİA xəbər verir ki, ‘Rüya’, ‘Vatanım Sensin’, ‘Gelsin Hayat Bildiği Gibi’, ‘Çift Kişilik Oda’ kimi bir çox məşhur serialda rol alan aktyor Devrim Özkan, eşq həyatı və karyerası ilə özünə ad qazanmağa davam edir.

Avqustun 2-də ayrılmaq qərarına gəldiyi Lukas Torreira ilə barışmağa qərar verən, lakin sonradan ayrılan Devrim Özkan “Mən münasibətdə deyiləm, hazırda çox yaxşıyam” cavabını vermişdi.

Ulduz futbolçu Lukas Torreyranın hələ də Devrim Özkana aşiq olduğu ortaya çıxıb. Torreyra bunu “Gəlin Danışaq” verilişində Ece Erkenə açıqlayıb.

Ece Erken baş verənləri belə izah edib:

“Lucas Torreira mənə yaxınlaşdı və bunu ilk dəfə açıqlayacağını bildirdi. O, heç bir xanımla sevgili olmadığını və Devrim Özkana dəlicəsinə aşiq oluduğunu deyib. O, bu münasibətdə bəzi səhvlər edib və yeni səhifə açmaq istəyir. Lukas Torreira Devrim Özkanın qayıtmağını istəyir”.

Evlənəcəkləri gözlənilən cütlük son iki ildə üçüncü dəfə ayrılmağa qərar verib. Futbolçunun açıqlamalarından sonra gözlənilməz bir hadisə baş verdi. Torreira keçmiş sevgilisi Devrim Özkanı növbəti dəfə sosial şəbəkədə izləməyə başlayıb.

Devrim Özkan hələlik Torreiranın bu addımına cavab verməyib.

Torreiranın bu addımından sonra sosial media istifadəçiləri “Devrim Özkanı unuda bilmədi” şərhini yazıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki