Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi yaratması haqda paylaşım edib.
Referans Media xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb.
“Mən Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Fransanın sülhün dinamikasına dəstəyini bir daha təsdiqlədim. Biz həmçinin regional məsələlərə və ikitərəfli münasibətlərimizin inkişaf potensialına toxunduq”, – Makron qeyd edib.
Xatırladaq ki, bir qədər əvvəl Prezident İlham Əliyev Makronla telefon danışığı apardığını açıqlamışdı.
